Reuters: ‘Azərbaycanda müxalif partiya lideri və bir çox etirazçı həbs edilib’

“Nümayişçilər yüksək əmək haqqı, azad və ədalətli seçki tələb edirlər”

Qərbin nüfuzlu media qurumlarından ‘Reuters’ agentliyi və ‘Independent’ nəşri oktyabrın 19-da Bakıda keçirilən etirazlar barədə xəbər yayıblar.

Abzas xəbər verir ki, Azərbaycandakı etirazlarda Azərbaycan Xalq Cəbhəsi partiyasının lideri Əli Kərimlinin aksiyada polis tərəfindən saxlanılmasını əsas başlıqlarına çıxarıblar.

‘Reuters’ agentliyinin xəbərində deyilir ki, şənbə günü Azərbaycanda keçirilən aksiyada polis çoxlu sayda etirazçı və əsas müxalifət partiyası Xalq Cəbhəsinin liderini həbs edib.

Məlumatda bildirilir ki, aksiya iştirakçıları enerji resursları ilə zəngin, post-sover ölkəsində maaşların azlığına, korrupsiyaya və demokratiyanın olmamasına etiraz ediblər. Məqalə belə davam edir:

Xalq Cəbhəsinin lideri Əli Kərimli saxlanmamışdan əvvəl jurnalistlərə açıqlama verib ki, aksiyadan əvvəlki günlərdə əsasən təşkilatçılar olan təxminən 50 nəfər həbs edilib”.

“Biz konstitusion hüquqların və azadlıqların təmin olunmasını tələb edirik. Biz hökumətdən qorxmuruq və sona qədər mübarizə aparacağıq”.

Reuters bildirir ki, küçədə etiraz yürüşünə çıxandan az sonra tutulan Əli Kərimlidən sonra 80-dən artıq etirazçı polis tərəfindən saxlanılıb.

Polis generalı Səhlab Bağırov ‘Reuters’ agentliyinə polis tərəfindən saxlanılan şəxslərin olduğunu təsdiqləyib, amma onların sayını bildirməyib.

Agentlik məqalənin sonunda qeyd edir ki, Azərbaycanı idarə edən prezident İlham Əliyevə hökumət 2003-cü ildə atasından ötürülüb.

“Qərb ölkələri Azərbaycanı Rusiyanın Avropanı qaz və neft təminatına alternativ kimi gördüklərinə görə, hökumətin repressiyalarına göz yumurlar, amma müxtəlif Avropa insan haqları təşkilatları və qrupları İlham Əliyevi dissitentlərin ağzını yummaqda və rəqiblərini həbs etməkdə ittiham edirlər, rəsmi Bakı isə iddiaları rədd edir”.