Şahin Mustafayev Baş Nazirin müavini təyin olunub

Bu gün prezident İlham Əliyev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin sərəncamında qeyd edilir ki, Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilsin.

Prezident İlham Əliyev başqa bir fərmanla Şahin Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilsin.