Telefon və noutbuk batareyalarının yaradıcıları Nobel mükafatına layiq görülüb

Bu gün bütün dünyada, mobil telefonlardan tutmuş, noutbuklara qədər, həmçinin elektromobillərdə belə istifadə olunan yüngül, yenidən yüklənə bilən və güclü batareyaların yaradıcıları kimya üzrə Nobel mükafatına layiq görülüblər. Belə ki, Nobel komitəsi bu gün Con Qudenaf, Stenli Uittinqhem və Akita Yoşinonun 900 avroluq mükafatı öz aralarında böləcəklərini bəyan edib.

Komitənin məlumatına görə üç kimyaçı alim onilliklər boyudur litium-ion akkumlyatorlarını mükəmməlləşdirməklə məşğuldurlar və onlar artıq bir neçə dəfə Nobelə namizəd göstəriliblər.

Mükafat sahiblərinə dekabrın 10-da İsveçin paytaxtı Stokolmda Kral Akademiyasında keçiriləcək mərasimdə təqdim olunacaq.