Tramp İŞİD lideri Bağdadinin öldürülməsi haqda detalları açıqlayıb

ABŞ prezidenti Donald Trampın İraq Şam İslam Dövlətinin (İŞİD) lideri Əbubəkr Əl-Bağdadinin öldürüldüyünü elan etməsindən sonra hadisə dünyada geniş əks-səda yaradıb.

Tramp Bağdadinin ölümünü şənbə günü gecə amerikalı hərbçilərin Suriyanın İdlib əyalətində xüsusi əməliyyat keçirərək öldürdüyünü elan etmişdi.

Trampın açıqlmasına görə, terrorçuların lideri tələyə salınıb və orda kamikadze kəməri taxaraq özünü və özüylə birgə üç uşağını öldürüb. Əməliyyata səkkiz vertolyot cəlb edilib.

Ağ Ev rəhbəri bildirib ki, Amerika kəşfiyyatı bir neçə həftə ərzində Bağdadinin yerindən xəbərdar olublar. İŞİD rəhbəri son anlarında ABŞ əsgərlərinin onun arxasınca gəldiyini bilərək qorxu və panikə içində olub.

Tramp daha sonra Rusiya, Türkiyə, Suriya və İraq hökümətlərinə “İslam Dövlətinin” rəhbərini məhv etməyə yardımçı olduqları üçün təşəkkürünü bildirib. O xüsusilə ruslara təşəkkür edib, çünki məhz ruslar ABŞ vertolyotlarının uçması üçün Suriyanın hava məkanını açıblar.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü general İqor Konaşenko isə ABŞ prezidentinin İdlibdə hansı əməliyyatdan danışdığını və ABŞ aviyasının manevrləri haqda hər hansı məlumatları olmadığını bildirib. Konaşenko həmçinin Bağdadinin məhvi haqda deyilənlərə şübhə ilə yanaşdığını da bildirib.