Əli Həsənov işdən azad edilib

Əli Həsənov

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da vəzifəsindən azad edilib. Prezidentin bu barədə sərəncamında deyilir:

-Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Məhəmmədəli oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsindən azad edilsin.