Tesla yeni elektrikli pikap modelini təqdim edib

Amerikan modern maşın texnologiyaları şirkəti olan Tesla Los-Ancelesdə yeni modeli olan beş yerlik “Cybertruck” pikapınını təqdim edib. Maşının ilkin dizaynda bir nümunəsi Ceyms Bond filmlərindən olan “Məni sevən casus” filmində görünüb. Tesla şirkətinin rəhbəri İlon Mask noyabrın 21-də keçirilmiş təqdimetmə mərasimində deyib ki, hermetik salonlu yeni Tesla versiyası “rəsmi Mars pikapı” olacaq.

Maşının korpusu ifrat möhkəm soyuq oktanlı hazırlanmış paslanmayan poladdan hazırlanıb. Şirkətin məlumatına görə maşının şüşələri zirehlidir və asanlıqla qırılmır.

Məlumata görə Cybertruck üç variantda istehsal olunacaq. Onlardan biri bir dəfə doldurulmuş batareya ilə 400 km, digəri 480 km və üçüncüsü 800 km gedə biləcək. Maşının ən sürətli versiyası 100 km-i 3 saniyəyə yığacaq.

Pikap maşının istehsalı 2021-ci ildən başlayacaq, qiyməti 39900 dollardan başlayacaq.