Avropa Birliyi ABŞ-dan asılılığı azaltmaq üçün öz silahlarını istehsal edəcək

Avropa Birliyi ölkələri ABŞ-dan asılılığı azaltmaq üçün öz silah istehsalı layihələrini gerçəkləşdirməyi planlaşdırır.

Bu barədə ‘Euronews’ xəbər yayıb. Məlumata görə, noyabrın 12-də Brüsseldə toplaşan AB müdafiə nazirlərinin təsdiqlədiyi 13 layihə müxtəlif hərbi cihazların istehsalına yönəldilib.

Lahiyəyə patrul gəmisi, radiodalğaların önünü kəsən sistemlər və ballistik raketləri izləmə texnologiyaları daxildir.

AB üzvlərinin müdafiə məsələləri ilə bağlı əməkdaşlığı təşkilatı olan “PESCO” Avropa Şurasının qərarı ilə 2017-ci ildə qurulub. Bu quruma indi 25 ölkə üzvdür.

PESCO-nun ən böyük dəstəkçisi Fransadır. Burda Fransanın 47 ortaqlı layihəsi həyata keçirilməkdədir.

Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda ABŞ-ın yaratdığı NATO-nun öz gücünü itirdiyini və AB içində yeni müdafiə təşkilatının yaranmalı olduğunu elan etdi.

Fransa bu alternativ təşkilat kimi “PESCO”-nu görür. Fransa Almaniya, İtaliya və İspaniya ilə birgə müdafiə sənayesi ilə bağlı çoxlu layihələr həyata keçirməkdədir.