Avropa Birliyinə yeni üzv olmuş Xorvatiya sərhədlərinə 6500 polis yerləşdirib

Xorvatiyanın Sloveniya ilə sərhəddində toplanmış qaçqınlar.

Xorvatiya keçən həftə Avropa Birliyinə yenicə üzv olub və Shengen bölgəsinə girmək üçün böyük bir addım atıb.

Digər Balkan ölkələrinin hələ də Xorvatiyadan geri qaldığını nəzərə alsaq, bu ölkənin bölgədə ən böyük uğur hekayəsini gerçəkləşdirdiyini demək olar.

Xorvatiyanın baş naziri Andrey Plenkoviç “Global Conversation” dərgisinə verdiyi müsahibədə ölkəsinin keçən həftə Strazburqda Avropa Birliyinə qəbul edilməsini əslində 4 il ərzində 8 fəsildən ibarət çoxlu şərtləri yerinə yetirmək üçün göstərdiyi böyük səylərin nəticəsi olduğunu bildirib.

Həmçinin, baş nazir Avropa Birliyi üzvü olduqdan sonra İttifaqa daxil olmayan ölkələrlə 1300 km-lik sərhəddini qaçqınlardan qorumaq üçün də xüsusi tədbirlər gördüyünü açıqlayıb.

Baş nazirin sözlərinə görə, Xorvatiya öz ərazisinə və öz ərazisi vasitəsilə Avropa Birliyi ölkələrinə qaçqınları buraxmamaq üçün sərhəddlərinə 6500 nəfərlik xüsusi təlim görmüş polis yerləşdirib.