Gürcüstan bu il şərab ixracından 195 milyon dollar pul qazanıb

Gürcü şərabı.

2019-cu ilin yanvar-oktyabr aylarında Gürcüstan 75,6 milyon butulka (hər biri 0,75 l) şərabı dünyanın 53 ölkəsinə ixrac edib. Bu 2018-ci illə müqaisədə 11 faiz daha çoxdur. Gürcüstan bu il başlayandan şərab ixracından 195 milyon dollar qazanıb, bu da 2018-ci ildəki qazancdan 20 faiz çoxdur.

Dünyada brendləşmiş gürcü şərablarına tələb əsasən ABŞ bazarında artıb. Belə ki, bu il Gürcüstan ixrac etdiyi şərabların 51 faizini ABŞ, 3 faizini Britaniya, 16 faizi Polşa və 12 faizini Çin alıb. Həmçinin Litva, Almaniya, Belarus, İsrail, Estoniya, Rusiya, Moldova, Niderland, Çexiya, İsveç, Bolqarısan və Kanada da gürcü şərabını ən çox alan ölkələr arasındadır.

Gürcüstan Statistika Komitəsinin məlumatlarına görə 10 ay ərzində 302 gürcü şirkəti şərab ixrac edib.

Gürcüstan şərabdan başqa dünyanın 23 ölkəsinə 23,8 milyon butulka brendi də ixrac edib. Bu bu il 2018-ci ilin rəqəmlərindən 52 faiz çox olub. Brendi satışından da Gürcüstan 50,8 milyon dollar pul qazanıb.

Gürcüstan bu il ümumiyyətlə şərab, brendi, çaça, konyak  ixracından 284 milyon dollar bu qazanıb. Bu keçən illə müqaisədə 12 fazi çoxdur.