İndoneziya nə üçün paytaxtını köçürür? – Bilməli olduğunuz hər şey

İndoneziyanın paytaxtı Cakarta Borneo adasında yerləşən Kalimantanda yeni qurulacaq şəhərlə əvəz olunacaq.

İndoneziyanın prezidenti Coko Uidodo ölkə paytaxtının Yava adasında yerləşən Cakartadan, Borneo adasındakı Şərqi Kalimantan əyalətinə köçürüləcəyini bəyan edib.

İndoneziyada nə baş verir?

Uidodo Cakartada keçirdiyi mətbuat konfransında deyib ki, hökumət son üç ildə dərin araşdırmalar aparıb:

“Bu araşdırmalar nəticəsində yeni paytaxtın Şərqi Kalimantan əyalətində, yarı Şimali Pencam Pazer, yarı Kutai Kertanegara ərazisində qurulacağı qərarlaşdırılıb”.

Bu, bir neçə onilliklər ərzində İndoneziyanın müxtəlif prezidentləri tərəfindən irəli sürülən bir plandır, belə görünür ki, köçürülmə nəhayət ki, indi reallaşacaq.

Uidodo Nümayəndələr Palatasında baxılması üçün hökümətin qanun layihəsi hazırlayacağını söyləyib. Təsdiqlənəcəyi təqdirdə, inşaat gələn il başlaya bilər.

Yeni paytaxt harada olacaq?

Hazırki paytaxt Cakarta

Köçürmə hökumətin inzibati orqanlarının Cakartadan 1000 km uzaq məsafədə yerləşən Kalimantanda qurulacaq olan şəhərə köçürülməsini nəzərdə tutur.

Kalimantan, Malayziya və Bruneyin də hissələrinin olduğu Borneo adasının İndoneziya hissəsidir.

Eyni zamanda Cakarta ölkənin ticarət və maliyyə mərkəzi olmağa davam edəcək və şəhərin 10 milyona yaxın sakininin böyük əksəriyyətinin Cakartada qalacağı hesab olunur.

Köçürülmə nə vaxt baş tutacaq?

Uidodo paytaxtın köçürülməsinin 466 trilyon rupiyə (32,7 milyard dollar) başa gələcəyini, bunun da 19%-nin dövlət, geri qalan hissəsinin isə dövlət-özəl tərəfdaşlığı və özəl investisiya hesabına maliyyələşdiriləcəyini bildirib.

Qiymət etiketinə yeni dövlət idarələrinin və təxminən 1,5 milyon dövlət məmuru üçün evlərin tikilməsi daxildir.

Parlament qanun layihəsini təsdiqləyərsə, gələn il 40 min hektarlıq ərazidə yeni paytaxtın tikintisinə başlanılacaqdır. Hökumətin 2024-cü ilə qədər bir sıra rəsmi dairələrini köçürməyə başlayacağı gözlənilir.

Paytaxt nə üçün köçürülür?

Uidodo deyir ki, köçürülmə qeyri-bərabərliyi aradan qaldırmağı və Cakarta və Cava adasının üzərinə düşən yükün bir hissəsini yüngülləşdirməyi hədəfləyir. Ölkə əhalisinin 60%-i və iqtisadi fəaliyyətin yarıdan çoxu Cava adasının payına düşür.

Kalimantan ondan demək olar ki, dörd dəfə böyükdür, lakin ümumi daxili istehsalın onda bir hissəsindən azını təşkil edir. Kalimantan həmçinin, 17000 adadan ibarət İndoneziya arxipelaqında daha mərkəzi olanıdır.

“Yerləşim çox stratejidir – O, İndoneziyanın mərkəzindədir və şəhər yerlərinə yaxındır”, – deyə prezident televiziya çıxışında bildirib.

“Cakartanın hazırda idarəetmə, biznes, maliyyə, ticarət və xidmət mərkəzi kimi daşıdığı yük çox ağırdır”.

Cakarta kəskin ətraf mühit problemi ilə də mübarizə aparır. Son bir neçə ay ərzində şəhərin hava  keyfiyyəti xeyli aşağı düşüb.

Cakartada tıxac: 20 iyun 2019. (Photo: REUTERS/Willy Kurniawan)

İyun ayında isə paytaxt ən çirkli şəhərlər hesab olunan Dehli və Pekini geridə qoyaraq, daha pis nəticə göstərib və bir qrup fəalı tədbir görməsi üçün hökumətə təzyiq göstərməyə vadar etmişdir.

Bununla yanaşı, İndoneziyanın paytaxtı həm də suya qərq olur. Şimal Cakarta bölgələri, o cümlədən onları qorumaq üçün hazırlanmış dalğaqıranlar çökərək, ildə təxminən 25 sm suya batır.

Şəhərdə kifayət qədər içməli su borusu yoxdur, sakinlər suyu əsasən dayaz su qatlarından çıxan və üzərindəki torpaqları çökdürən quyulardan təmin edirlər.

Yeni yaşayış massivlərinin, ticarət mərkəzlərinin və hətta dövlət idarələrinin partladılması ilə problem daha da kəskinləşib və fəlakətə səbəb olacaq daşqın riskini artırıb.

Köçürülmə ilə bağlı nə kimi narahatlıqlar vardır?

Kalimantan əsas mədən fəaliyyətlərinin aparıldığı, eyni zamanda tropik meşələrin yerləşdiyi və oranqutanların təbii mühitlərində yaşadığı azsaylı yerlərdən biridir.

Hökumət yeni şəhərin Balikpapan və Samarinda şəhər mərkəzlərinə yaxın, dövlət torpaqlarında tikiləcəyini söyləyib və ətraf mühitə təsirinin müsbət olacağını vəd edib.

Cakartada daşqın, suyun səviyyəsi 20-25 santimetr qalxıb.

Planlaşdırma naziri Bambang Brodjonegoro ‘South China Morning Post’ qəzetinə bildirib ki, heç bir mövcud qorunan meşəyə toxunmayacaq, əksinə onları bərpa edəcəklər.

Lakin adada yaşayan insanların sayının artmasının tropik meşələrin canlıları da daxil olmaqla, ətraf mühitə ciddi təsiri olacağından ehtiyat edilir.

Ətraf mühit mühafizəçiləri, diqqətlə aparılmayacağı təqdirdə, köçürülmənin birini yaratmaq üçün ekoloji cəhətdən məhv edilmiş digər bir ərazinin tərk edilməsi ilə nəticələnəcəyini söyləyib.

Paytaxtın köçürülməsi qeyri-adi haldırmı?

Az rastgəlinən olsa da, görünməmiş hal deyil. 2005-ci ildə Myanmanın paytaxtı Yanqondan Naypyidaya köçürülmüşdür.

İndoneziyanın nəzərdə tutulmuş paytaxtı kimi, Naypyida da planlaşdırılmış şəhər idi, eynilə 1911-ci ildə Avstraliyanın paytaxtı olan Kanberra kimi.

Digər bir planlaşdırılmış şəhər Brazilia, 1960-cı ildə, paytaxtı ölkənin daha mərkəzinə köçürməklə, Braziliyanın paytaxtı Rio-de-Janeyronu əvəzləmişdi.