İŞİD Qərbi Afrikada 54 nəfərin həlak olduğu terror aksiyasını öz üzərinə götürüb

Qərbi Afrika ölkəsi olan Malidə hərbi bazaya edilmiş və 54 nəfərin həlak olduğu hücumun məsuliyyətini İŞİD öz üzərinə götürüb.

İŞİD-in medya orqanı olan “Amaq” saytı şənbə günü baş vermiş qanlı terror aksiyasının İŞİD üzvləri tərəfindən törədildiyini elan edib. Bundan əvvəl də özü ilə əlaqəsi ölmayan terror hadisələrinin də məsuliyyətini öz üzərinə götürən İŞİD hadisəni üzvləri tərəfindən törədildiyi ilə bağlı ortaya hər-hansı sübut qoymayıb.

Müsəlmanların da yaşadığı Malidə şənbə günü hərbi bazaya edilmiş hücumda həlak olan 54 nəfərin biri dinc vətəndaş qalanı isə hərbçi olub. Hərbçilərlə atışmada isə daha 10 nəfər həyatını itirib.

Xatırladaq ki, keçən həftə İŞİD lideri Əbubəkr Əl-Bağdadinin öldürülməsindən sonra bu İŞİD-in üzərinə götürdüyü ilk terror aksiyasıdır.