Maduro bundan sonra Venesuelada əsas valyuta kimi dollardan istifadə ediləcəyini bildirib

Venesuela prezidenti Nikolas Maduro ölkə iqtisadiyyatının dollarlaşdırıılacağını elan edib. O Venesuelanın ABŞ valyutasına keçidini ölkə üçün “qoruyucu klapan” adlandırıb. Maduronun fikrincə ölkədəki iqtisadi böhrandan çıxmaq üçün bu üsulun effektiv olacağını gözləyirlər.

“Mən dollarizasiya prosesində heç bir pis şey görmürəm” – deyən Maduro bundan öncə ABŞ dollarının milli valyutanı əvəz etməsinə qadağa qoymuşdu. Maduro dollarla bərabər milli valyuta olan bolivarın da istifadə olunacağını bildirib.

Xatırladaq ki, keçən il ərzində Venesuelanın pul vahidi olan bolivar öz qiymətinin 90 faizini itirib. May ayında Karakasın Mərkəzi Bankı 2003-cü ildən bəri hökümətin sərt nəzarətində olan beynəlxalq valyutaların sərbəst alışı və satışına icazə verib. Xarici valyutalara qoyulan qadağan dolların qara bazarda rəsmi məzənnədən on dəfələrlə baha satılmasına aparıb çıxarmışdı.

Venesuelada artıq illərdir Maduronun başçılıq etdiyi solçu-millətçi höküməti ilə sağ mərkəzçi müxalifəti arasında mübarizə edir. Yanvar ayında müxalifət lideri Xuan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan etmişdi. Quaydonu ABŞ və Almaniya da olmaqla 50-dən çox ölkə prezident kimi tanıyıb.