Milli Məclisdə Ombudsman vəzifəsinə namizədlər müzakirə edilir

Milli Məclisin İnsan hüquqları komitəsi Ombudsman vəzifəsinə yeni namizədlərin müzakirəsini yekunlaşdırıb.

Namizədlər Prezident İlham Əliyev tərəfindən  irəli sürülüb.

Ombudsman vəzifəsinə olan namizədlər.

İclasda Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi müzakirə olunub.

Komitə müzakirəni yekunlaşdırandan sonra məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub. Plenar iclas noyabrın 25-də keçiriləcək. Xatırladaq ki, hazırkı Ombudsman Elmira Süleymanovadır. 82 yaşlı Elmira Süleymanovanın Ombudsmanlıq müddəti 1 il öncə başa çatıb.