Musavat başqanı Arif Hacılı polis tərəfindən saxlanılıb

Arif Hacılı

Bu gün, noyabrın 12-də Müsavat Partiyasının başqanı Arif Hacılı saat 13:30-a yaxın polis tərəfindən saxlanılıb.

Təşkilatın aparat rəhbəri Gülağa Aslanlı mətbuata açıqlamasında bildirib ki A.Hacılı 8-ci mikrorayon ərazisində partiyanın ofisinə gedərkən saxlanılıb.

Yol polisi onun avtomobilini dayandıraraq A.Hacılını maşından endirib. Həmin vaxt onu saxlayıblar. Hara aparıldığı hələlik məlum deyil.

Əvvəlki məqaləRusiya Konstitusiya Məhkəməsi korrupsiyaya qarşı yeni qanun tətbiq edir
Növbəti məqalədəBakı Metropoliteni iki stansiyanın adınının dəyişdirməsini təklif edib