Musavat partiyasının sədr müavini 15 sutkalığına həbs edilib

Müsavat Partiyasının aksiyası ilə bağlı saxlanılan partiya fəallarının hamısı noyabrın 12-də axşam saatlarında sərbəst buraxılıb. Yalnız partiya başqanının müavini Razim Əmiraslanlı 15 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə Müsavat Partiyasının mətbuat departamentinin rəhbəri Mustafa Hacılı Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, aksiya öncəsi və aksiya zamanı Bakıda və regionlarda ümumilikdə yüz əllidən çox partiya fəalı saxlanılıb.

Vəkil Nemət Kərimli isə bildirib ki, Razim Əmiraslanlı barədə həbsindən üç gün sonra, noyabrın 13-də məlumat öyrənə bilib.