Müsavatda Divan üzvləri seçildi, başqan müavinləri təsdiqləndi

Noyabrın 3-də Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib və iclasın təşkilati məsələlər bölümündə gizli səsvermə yolu ilə Məclisin sədri və katibi seçilib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, seçkilərdə MNTK-da boş qalan yerlərə və Divana da seçkilər keçirilib.

Seçkilərin nəticələrinə görə, Nüşabə Sadıqlı Məclisin sədri, Fəridə Ələsgərli Məclisin katibi seçilib. Həmçinin, Tamilla Axundova və Sadiq Abdullayev  isə MNTK üzvü seçiliblər.

Partiyanın Qurultaylar arası dövrdə əsas qərarici orqanı Divana da üzvlər seçilib. Belə ki, Almaz Əliqızı, Fəridə  Ələsgərli, Könül Alı, Nüşabə Sadıxlı, Fərəc Kərimli, Gülağa Aslanlı, Hidayət İsmayıl, Mustafa Hacıbəyli, Nemət Kərimli, Osman Kazımov, Rafiq İsmayıl, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Yusif Tağı Müsavat Partiyasının yeni Divan üzvləri olublar.

Daha sonra Müsavat başqanı Arif Hacılı aparat rəhbəri və müavin vəzifələrinə təyin etdiyi şəxslərin adlarını açıqlayıb, Məclis üzvləri açıq səsvermə ilə bu təyinatları təsdiqləyib.

Partiyanın yeni təsdiq olunan icra aparatının rəhbəri və başqan müavinləri bunlardır:  Gülağa Aslanlı (Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri), Razim Əmiraslanlı (Müsavat başqanının təşkilat məsələləri üzrə müavini), Fərəc Kərimli (Müsavat başqanının təbliğat məslələri üzrə müavini), Nemət Kərimli (Müsavat başqanının hüquq siyasəti və ictimai əlaqələr üzrə müavini), Osman Kazımov (Müsavat başqanının hüquq və insan haqları üzrə müavini), Səxavət Soltanlı (Müsavat başqanının xarici siyasət məsələləri üzrə müavini).

Arif Hacılı bir həftə ərzində öz müşavirlərini də təyin edəcəyini bildirib.