Polis cinsi azlıqlara mitinqə çıxmağı təklif edibmiş?

Cinsi azlıqları təmsil edən iki ictimai təşkilat – Nəfəs və LGBT Minority cümə axşamı oktyabrın 27-28-də üzvlərinin polisə dəvət olunduğunu bildirib.

Bu barədə bu iki təşkilatın KİV-ə ünvanlanmış bəyanatında deyilir. Sənəddə deyilir ki, homoseksuallara pul müqabilində aksiya keçirməyi, polisi dəstəklədiklərini bildirməyi təklif ediblər.

Sözügedən təşkilatlar üzvlərinin və tərəfdarlarının “məkrli siyasi oyunlara” cəlb edilməsinin əleyhinə olduqlarını bildirir və onları bu cür tədbirlərdə iştirak etməməyə çağırırlar.

Öz növbəsində, Bakı Şəhər Polis İdarəsi cinsi azlıqlara pul təklif edildiyi barədə iddiaları təkzib edib. Bu dəvətlər vətəndaşların şikayətləri ilə bağlı olub. Dəvət olunan şəxslərlə profilaktik söhbətlər aparılıb, deyə polisin məlumatında qeyd edilir.