Prezidentin yeni köməkçiləri və Administrasiyanın şöbə müdirləri təyin olunub [siyahı]

Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının yeni strukturu təsdiq olunub.

Bu barədə prezidentin mətbuat xidmətinin açıqlamasında deyilir. Məlumata görə, Prezident Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb.

Prezidentin müvafiq sərəncamları ilə prezidentin yeni köməkçiləri və Prezident Administrasiyasının şöbə müdirləri təyin olunub.

Açıqlamada deyilir ki, qarşıya qoyulan vəzifələrə uyğun olaraq eyni zamanda, Azərbaycan Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsi bir ay müddətində hazırlanaraq Azərbaycan Prezidentinə təqdim ediləcək.

Prezidentin yeni köməkçiləri və Prezident Administrasiyasının şöbə müdirlərinin siyahısını təqdim edirik:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev;

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Cəmilə Abbasova;

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov;

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov;

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənov;

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin müdiri Zeynal Nağdəliyev;

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev;

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov;

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev;

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov;

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov;

Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov;

Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağırov;

Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov;

Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev;

Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva;

Hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev;

Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev;

Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov;

Prezidentin İşlər müdiri Oqtay Şahbazov.

Yayılan açıqlamadan görünür ki, Prezident Administrasiyasının üç şöbəsinin rəhbər vəzifələri isə boş qalıb. Bunlar aşağıdakılardır: ‘Qanunvericilik və hüquqi siyasət şöbəsinin müdiri’, ‘Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri’ və ‘Sənəd dövriyyəsi şöbəsinin müdiri’.