“Qanunsuz miqrasiyaya görə həbs olunmuş Əlövsət Əliyevə hələlik heç bir ittiham irəli sürülməyib”

Almaniyada miqrasya qalmaqalı çərçivəsində haqqında 6 aylıq həbs-qətimkan qərarı verilən azərbaycanlı hüquqşünas Əlövsət Əliyevin apellyasiya şikayəti verəcəyi bildirilir. 

Bu barədə Ə.Əliyevin qardaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı açıqlama verib.

Onun sözlərinə görə, Əlövsət Əliyev apellyasiya verməyə hazırlaşır, çünki qardaşının hansısa qanunsuz əməllərə aidiyyatı olması barədə dəlil yoxdur.

”Eyni zamanda, polis hələlik ona qarşı heç bir ittiham irəli sürməyib. Yoxlama davam edir”, – deyə Rüstəmxanlı bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Almaniya polisi ölkəyə qanunsuz miqrasiya haqqında işin araşdırılması çərçivəsində bir neçə Azərbaycan vətəndaşını həbs edib.

Saxlanılanlar arasında “Leqat” hüquq firmasının sahibi Əlövsət Əliyev də var.