Əlcəzairdə minlərlə insan küçələrə çıxıb seçkiləri boykot edir

Əlcəzairdə xalq etirazı.

Əlcəzairdə dekabrın 12-də minlərlə insan hökümət əleyhinə etiraz aksiyalarına çıxıb. Onlar prezident seçkilərinə etiraz edir və onun legitim olmadığını deyirlər və buna görə seçkilıəri boykot edirlər. Çünki, hazırki prezident seçkilərindəki beş namizədin hamısı keçmiş diktator Əbdüləziz Buteflika rejiminin məmurlarıdır. Namizədlərdən ikisi Buteflika dövründə baş nazir olublar.

Qeyd edək ki, bu ilin fevral ayında Əlcəzairdə kütləvi etirazlar başlamış və 82 yaşlı diktator Buteflika hakimiyyətdən əl çəkməyə məcbur olmuşdu. Ölkə parlamenti bunun üzərinə 77 yaşlı Əbdülqədir Bənisalehi müvəqqəti olaraq ölkə prezidenti elan etmişdi. Bənisaleh bundan öncə Buteflika rejimində 16 il Xalq şurasının başçısı olub.

Əbdüləziz Buteflika özü 1999-cu ildən Əlcəzairin prezidentidir. O 2013-cü ildə insult keçirəndən sonra əlil arabasında ölkəni idarə etməyə davam edirdi və nadir halda xalqın qarşısına çıxırdı.