ABŞ senatı “erməni soyqırımının” qəbul edib

ABŞ senatı.

ABŞ Senatı Osmanlı imperiyasında ermənilərin kütləvi qırğını haqda “soyqırım qətnaməsini” qəbul edib. Senatorların dekabrın12-də qəbul etdikləri 1915-1923-cü illərdə 1,5 milyon erməninin öldürülməsi haqda qətnamə səs çoxluğu ilə qəbul edilib.

Bununla belə Senatın “erməni soyqırımı” haqda qətnaməsi heç bir hüquqi tələb qoymur, ancaq Türkiyə ABŞ münasibətlərində simvolik gücə malikdir. Bu addım iki ölkə arasında gələcək gərginliklərə səbəb ola bilər.

Bundan öncə, oktyabr ayında “erməni soyqırımı” məsələsi ABŞ senatının aşağı palatası olan nümayəndələr palatasında müzakirə edilərək qəbul olunub və ABŞ Türkiyə münasibətlərində ciddi gərginliklər yaratmışdı. Sənədi 435 konqressmendən 405-i qəbul etmiş və qəbul edənlər arasında həm demokratlar, həm də iqtidar partiyası respublikaçılardan olan konqressmenlər olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan soyqırım qətnaməsini “heç nəyə yaramayan, dəyərsiz qətnamə” adlandırıb. “Bu addımın heç bir mənası yoxdur, istənilən halda biz onu qəbul etməyəcəyik”.

Xatırladaq ki, rəsmi Ankara İkinci Dünya Müharibəsi və ondan sonrakı dövrlərdə Osmanlı imperiyasında ermənilərin öldürülməsi haqda deyilənləri qəbul edir, ancaq qətillərin planlı və sistematik aparılmasını, həmçinin öldürülənlərin 1,5 milyon insan olduğunu ziddiyyətli sayır.