Almaniya çeçen mühacirin qətlinə görə iki rus diplomatını ölkədən çıxarır

Berlində Zalimxan Xanqoşvilinin qətlin araşdırlması tələbi ilə çeçenlərin mitinqi.

Almaniya höküməti Berlində keçmiş çeçen səhra komandirinin qətlinə görə Rusiya səfirliyinin iki işçisini ölkədən çxıarıb. Bu haqda dekabrın 4-də Almaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Alman XİN-in yaydığı bəyanatda deyilir ki, Rusiya səfirliyinin iki işçisi persona-non-grata elan edilib. Belə ki, onlar bu ilin avqust ayında Berlindəki Tierqarten parkında öldürülmüş çeçen səhra komandiri Zəlimxan Xanqoşvilinin cinayət işi haqda istintaqla əməkdaşlıqdan yayınıblar.

Almaniya XİN başçısı Andreas Mixaelis Rusiyanın bu ölkədəki səfiri Serqey Naçayeva müraciət etsə də səfirlik Xanqoşvilinin qətli istintaqı ilə bağlı alman hökümətinə yardım etməkdən imtina edib.

Zəlimxan Xanqoşvili rus-çeçen müharibəsi zamanı.

Alman mətbuatı yazır ki, çeçen səhra komandirinin qətli ilə bağlı ortaya çıxan faktların çoxu göstərir ki, hadisə ya rus ya da çeçen höküməti tərəfindən törədilib. Alman höküməti də buna görə bütün cidiyyəti ilə Rusiyanın bu cinayətin istintaqında iştirakına məcbur edəcək.

“Der Spiegel” jurnalı isə yazır ki, Almaniyanın Berlindəki rus səfirliyində persona-non-qrata elan etdiyi diplomatlar əslində rus xüsusi xidmət orqanlarının əməkdaşlarıdır, ona görə də alman höküməti onların yeddi gün ərzində ölkəni tərk etməsini tələb edib.