Bakı-Sumqayıt yolunda tikinti materialları bazarı yanır

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Qeyd edilib ki, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb:

“Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik”.

Fövqəladə Hallar Nazirliyi isə bəyan edib ki, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə  Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri  və 3 helikopteri cəlb olunub.

Əvvəlki məqaləHeydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı hər 10 gündən bir qərar verdiyini bəyan edib
Növbəti məqalədəPutinlə Zelenski əsirlərin kütləvi dəyişdirilməsi haqda razılaşmaya gəliblər