Bakıdakı ən böyük kitab mağazalarından biri bağlanır

2013- cü ildə fəaliyyətə başlayan “Kitabevim.az” mağazalar şəbəkəsi fəaliyyətini dayandırır.

Bu barədə “Kitabevim.az” mağazalar şəbəkəsinin direktoru Emin Sadıqov bildirib, o deyib ki mağazanın daxili xərclərinin çox olması, yükək satışın həyata keçirilməməsi səbəbindən belə bir qərar verilib:

“Yüksək satış olmadığı üçün mağazanın fəaliyyətini dayandırmaq qərarı aldıq. Keçən il də Əhmədlidəki mağazanı bağlamışdıq. Metronun “28 may” stansiyasındakı isə hazırda mağaza dotasiya ilə fəaliyyət göstərir. Amma vəziyyət belə davam edərsə, o mağazanı da bağlamaq qərarı alacağıq. Fəaliyyət göstərdiyi dövrdən bəri mağazanın xeyirdən çox ziyanı var. Satışın aşağı icarə xərclərinin çox olması mağazasının uzun müddət fəaliyyət göstərməsinə mane olur”.