Bolqarıstan rus diplomatını casusluq ittihamı ilə ölkədən çıxarıb, Rusiya bənzər addımı atıb

Bolqarıstan-Rusiya dostluğu abidəsi.

Rusiya Bolqarıstanı Moskvadakı səfirliyinin bir diplomatını ölkədən deport edib. Rus tərəfi bu qərarın Rusiyanın Sofiyaya təyin etdiyi hərbi ataşesinə bolqar hökümətinin viza verməməsinə cavab olduğunu bildirib. Bundan öncə isə bolqar höküməti Rusiya səfirliyinin bir dilomatını da casusluqda günahkar bilərək ölkədən çıxarmışdı.

Rusiya Xarici İşlər Nazirliyi Bolqarıstanın Moskvadakı Səfirli Atans Krastinə səfirliyin bir əməkdaşının 24 saat içində ölkədən çıxarılmalı olduğunu bildirib.

Xatırladaq ki, sovet dövründə kommunist sovet hökümətiylə yaxın müttəfiq olan Bolqarıstanda indi Rusiyanın bu ölkədəki səfirliyinin əməkdaşlarının casusluqla məşğul olduğu qalmaqalı uzun müddət səs-küy yaradıb, buna görə də hökümət səfirliyin bir əməkdaşını ölkədən çıxarmağa qərar verib.

Bundan bir neçə gün öncə Almaniya höküməti də iki rus diplomatını bu ölkədə keçmiş çeçen səhra komandiri Zalimxan Xonqaşvilinin qətlinndə əli olması şübhəsi ilə ölkədən çıxartmışdı.