Deputat Yevda Abramov dünyasını dəyişib

Milli Məclisin deputatı Yevda Abramov.

V çağırış Milli Məclisin deputatı Yevda Abramov dünyasını dəyişib. Deputat Vahid Əhmədovun  mətbuata verdiyi məlumata görə, dəfn mərasimi bazar günü – dekabrın 8-i saat 12:00-da Qubada keçiriləcək:

“Qubada “Mədəniyyət evi”ndə vida mərasimi keçiriləcək. Allah rəhmət eləsin!”

Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib və pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. 2015-ci ildə 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmişdi. Milliyətcə yəhudidir.
11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Sasunoviç Abramov “Şöhrət” ordeni ilə təltif edilib.

Əvvəlki məqaləFransada pensiya yaşının artırılmasına görə bir milyon insan küçələrə çıxıb
Növbəti məqalədəBələdiyyə seçkilərini izləmək istəyənlər şikayət edirlər