Həyat keyfiyyətinə görə ən yaxşı ölkə Norveç, ən pis isə Nigeriyadır

Norveç

BMT-nin inkişaf proqramı (UNDP) çərçivəsində 2019-cu il üçün İnsan İnkişafı Hesabatı açıqlanıb. Hesabat dünya ölkələrində yaşayış səviyyəsi bərabərliyini bir daha ortaya qoyub.

Hesabata görə bir üstünlük sayılab təhsil və sürətli internet kimi ehtiyaclar günümüzdə rəqabət etmək və ayaqda qalmaq üçün kritik önəmi olan şeylərdir. Bu üstünlüklər həmçinin cəmiyyətdə uçurum yaradan amillər də ola bilir.

UNDP hesabatında həmçinin iqlim dəyişikliyin, cinsi bərabərsizliyin və silahlı münaqişələrin dərinləşdiyini bildirərək, insan inkişafı üçün əsas şərtlər də təqdim edib. Bunlar işsiz adamların sağlamlığı, kiçik uşaqların qidalanması kimi sahələrə yatırılan sərmayə, minimum əmək haqqı və sosial xidmətlərin əlçatanlığı həyat boyu bərabərliyin təmin olunması kimi şərtlərdir.

UNDP-nin hesabatına görə bu il İnsan inkişafı indeksinə görə ilk yerdə duran ölkə Norveçdir. Siyahında ilk üç sırada Norveç, İsveç və İrlandiya dayanır, dördüncü yerdə Almaniya və Hong-Konq, beşinci yerdə Avstraliya və İslandiya durur.

Azərbaycan “yüksək insan inkişafı qrupu” adlanan ikinci qrupda yer alır. Ölkəmiz 189 ölkə arasında 87-ci pillədə bu kateqoriyada yer alıb. Qonşulardan Gürcüstan 70-ci, Ermənistan 81 və İran 65-ci yerlərdə, Türkiyə isə 59-cu yerdə “çox yüksək insan inkişafı” adlı birinci qrupda dayanır.