İradə Cavadova ‘REAL Cümhuriyyətçilər’ İttifaqından ayrıldığını açıqlayıb

İlqar Məmmədov və İradə Cavadova

Hüquqşünas İradə Cavadova parlament seçkilərdində iştirak məqsədilə yaradılan ‘ReAl Cümhuriyyətçilər İttifaqı’ndan ayrıldığını bildirib.

Bu barədə hüquqşünas sosial şəbəkə hesabından açıqlama yayıb. Onun sözlərinə görə, bir az tələsik qərar qəbul etdiyindən indi fikrindən daşınıb:

“Hazırda səfərdəyəm və hesab edirəm ki, tərəfimdən səfərqabağı bir az tələsik qərar qəbul etmişəm. Tələsik qərarıma görə üzr istəyirəm”.

Hüquqşünas bildirib ki, seçkilərdə tam müstəqil və bitərəf kimi çıxış edəcək.

İradə Cavadova dekabrın 15-də Parlament Seçkilərində iştirak etmək məqsədilə REAL Cümhuriyyətçilər İttifaqına qoşulmuşdu.

Əvvəlki məqaləSenat komitəsi Rusiyaya qarşı ‘cəhənnəmdən sanksiyalar’ layihəsini qəbul etdi
Növbəti məqalədəDonald Trampa impiçment elan olundu: Bundan sonra nə baş verəcək?