İtalyan heykəltaraşın 120 min dollara satdığı divara bağlanmış banan əsərini gürcü rəssam yeyib

epaselect epa08047501 Italian artist Maurizio Cattelan's piece 'Comedian' (a banana duct taped to the wall) is shown during Art Basel in Miami, Florida, USA, 05 December 2019. Art Basel represents over 250 art galleries onsite at the Miami Beach Convention Center and is considered one of the world's largest art festivals with art events throughout the city. EPA/RHONA WISE

İtalyalı heykəltaraş Maurisio Kattelanın ABŞ-ın Mayami ştatındakı bir sərgidə izolyasiya lenti ilə divara bağlanmış banandan ibarət və 120 min dollara satılan əsərindəki bananı başqa bir sənətçi divaradan qopararaq yeyib. Bundan sonra polis əsəri qorumağa başlayıb.

Performans sənətçisi və rəssam olan gürcü əsilli David Datuna instagramdakı hesabında Mayamidəki Art Basel adlı beynəlxalq sənət qalareyasında sərgilənən, divara bağlanmış bananı qoparıb yediyi əks olunmuş videonu paylaşıb.

Datuna videonu paylaşarkən yazıb ki, “Maurisio Kattelanın əsərlərini sevirəm və buinstalyasiynı həqiqətən bəyəndim, çox ləzzətliydi”.

Muzeyin işçilərindən biri David Datunaya hirslənsə də tezliklə yeni bir banan tapıb divara bağlayıb və əsəri qorumaq üçün polis çağırılıb. Əsərin sərgiləndiyi qaleriyanın direktoru isə Datuanının əsəri korlamadığını, bananın sadəcə bir fikir olduğunu deyib.

Gürcü rəssamı David Datuna divara bərkidilmiş bananı yedikdən sonra.

İtalyalı heykəltaraşın qlobal ticarətin tənqidi məqsədiylə yaratdığı əsər üç versiyada yaradılıb və əsərin ilk iki versiyası yüz iyirmi min dollara alıcısını tapıb. Əsərin üçüncü versiyasına isə 150 min dollar qiymət hesablanmışdı.

Alıcılara əsərlərlə birlikdə verilən orijinallıq sertifikatına görə əsərin sahibləri bananın çürüməsi halında, lazım gəldikdə onu yenisi ilə dəyişdirə biləcəklər.