Müxalifət “Seçkidə iştirak, yoxsa boykot” mövzusunda dəyirmi masa keçirib – [video]

Musavat partiyasının qərargahında keçirilən dəyirmi masa.

Bu gün müxalifət liderlərinin və ictimai fəallar Müsavat Partiyasının qərargahında “Növbədənkənar seçki: iştirak yoxsa boykot” mövzusunda Dəyirmi Masada iştirak ediblər.

Tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov,  AXCP sədrinin müavini Seymur Həzi, Real Partiyasının icraçı katibi Natiq Cəfərli, AXP sədri Pənah Hüseyn, “Turan” agentliyinin direktoru Mehman Əliyev, siyasi ekspertlər Hikmət Hacızadə, Oqtay Qasımov və Arzu Səmədbəyli, professor Almaz Əliqızı və Müsavat Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı çıxış ediblər.

Musavat başqanı Arif Hacılı deyib ki: “Hökümət bu il, ilin əvvəlində bir dəfə Məhusl stadionunda mitinq keçirməyə icazə verdisə də, ondan sonrakı bütöv il ərzində heç bir siyasi təşkilata kütləvi aksiyaları keçirməyə icazə vermədi. Milli Şuranın keçirdiyi icazəsi mitinq isə adekvat olmayan güc tətbiq edilərək, işgəncələr verilərək dağıdıldı. Bu da İlham Əliyevin ölkədə hər-hansı bir islahat aparmaq istəmədiyini göstərdi. Hətta təəssüfləndirici hal odur ki, o son çıxışlarında açıq-aydın Azərbaycanın milli təhlükəsizlik komsepsiyalarına, Azərbaycanın konstitusiyasına ziddi çıxış edərək avrointeqrasiya yolundan imtina etdiyini bildirib. Bununla da o ölkədə bundan sonra keçiriləcək seçkilərin azad və ədalətli olmayacağını deyib.

Demokratik seçkiləri keçirmək üçün ilk növbədə ölkədə seçkiqabağı demokratik şərait olmalıdır, demokratik şərait söz və ifadə azadlığı deməkdir, sərbəst toplaşmaq azadlığı deməkdir, siyasi partiyaların bərabərhüquqlu rəqabət azadlığı deməkdir. İndi bunların heç biri Azərbaycanda mövcud deyil. Azərbaycanda indi mövcud olan seçki məcəlləsi ilə ölkədə normal, demokratik seçkilər keçirmək qeyri-mümkündür. Çünki yeni məcəlləyə görə seçki kampaniyasının müddəti yalnız iki ay, təbliğat kampaniyasının müddəti isə yalnız 23 gündən ibarətdir. Burada normal şəkildə təviqat kampaniyasının aparılması, seçicilərlər görüşmək imkanları verilmir. Hakimiyyət ölkədə tam saxta seçkilər keçirmək üçün bütün mexanizmlərə malikdir”.

Müzakirələrdə qeyd edilib ki, Azərbaycanda azad və ədalətli seçki keçirilməsi üçün zəruri olun demokratik mühit yoxdur. Eyni zamanda siyasi partiyalar yaxın günlərdə seçkilərdə iştirak edib etməyəcəkləri ilə bağlı mövqelərini müəyyən etməlidirlər. Çıxışlarda həm seçkidə iştirak, həm də boykotla bağlı mümkün qərarların müsbət və mənfi tərəfləri təhlil edilib.

Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov deyib ki: “Prezident İlham Əliyev bir neçə gün əvvəl ölkənin Avropaya inteqrasiya etməyəcəyi bəyanatını verdi. Seçilməmiş və qeyri-legitim bir şəxsin xalqın adından belə bir bəyanat verməyə haqqı yoxdur. Bunu Azərbaycan xalqı deməlidir.

İndi parlamentin buraxılmasını elan ediblər. Bu parlament onsuz da buraxılmalıydı. Ölkədə vəziyyət yaxın gələcəkdə pisləşməyə doğru gedir. Parlamentdə oturan çoxsaylı ağıllı və təcrübəli insanlar təbii ki onların əleyhinə gedəcəklər. Əgər o parlamentdə oturan insanlar arasında sorğu apara bilsəydik, görərik ki, onların çoxu bu qərarın əleyhinədir, sadəcə bunu deməyə çəkinirlər, çünki o vəzifəyə təyin olunublar”.

Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib ki: Seçki bizimçün gerçək bir imkandır. Seçkiləri ölkənin ictimai-siyasi vəziyyətlə maraqlanan kütlənin əksər hissəsi ilə seçki dönəmində ünsiyyətdə olmaq imkanı yaranır.

Turan İA-nın rəhbəri Mehman Əliyev: Hesab edirəm ki, seçkiyə getmək lazımdır.

Bu gün seçkidə iştirak etmək lazımlıdır. Cəmiyyətə kifayət qədər məlumat çatdıra bilərik. Xalqı səfərbər edə bilərik. Əgər indi də seçkidə iştirak etməsək, onda siyasi partiyalar nəyə lazımdır.

Bizim seçkidə qalib gəlib-gəlməməyimiz hələlik məlum deyil, amma seçki özlüyündə bir mərhələ açacaq. Ona görə də bu prosesdə iştirak etmək lazımdır

AXCP sədr müavini Seymur Həzi deyib ki,  “Biz hələlik baykotla bağlı qərar verməmişik. Biz hər an qərarımızı yeniləyəcəyik. Bilmək istəyirik ki, hakimiyyət bizə seçki bülletenlərini göstərəcəkmi. Göstərməsə onda necə sübut edəcəyik ki, seçkidə qalib gələcəyik. Biz onsuz da mübarizə aparırıq, mübarizə davam edir”.

 

Müxalifət növbədənkənar seçkiləri müzakirə edir

Publicerat av Basta Tisdag 3 december 2019