Qambiya Myanmanı müsəlmanlara qarşı soyqırıma görə beynəlxalq məhkəməyə verib

Qambiya və Myanma rəsmiləri Beynəlxalq Məhkəmədə.

Afrika ölkəsi olan Qambiya “Arakanlı müsəlmanlara qarşı soyqırım ittihamı” ilə Myanma Beynəlxalq Ədalət Məhkəməsinə verib. Məhkəmədə işə bu günlərdə baxılır.

Beynəlxalq Ədalət Məhkəməsi Hollandiyanın Lahey şəhərində yerlərşir və burda 10-12 dekabr arasında Qambiyanın ittiham və tələbləri və Myanmanın etirazları mövzusunda məhkəmə iclası keçirilir.

Məhkəmədə soyqırım iddialarına Nobel mükafatı laureyatı, Myanma rəhbəri Aung San Suu Kyi cavab verəcək.
Myanmada müsəlman qaçqınlar.

Qambiya məhkəmədə Myanmadan müsəlmanlara qarşı soyqırımı dərhal dayandırmağı tələb edəcək.

Qambiya bundan əlavə Myanmadan soyqırımla bağlı dəlillərin yox edilməsinin qarşısını almaq, soyqırımı önləyici tədbirlər görmək və mütəmadi olaraq bu ölkədə yaşayan müsəlmanlar haqda hesabatlar verməyi tələb edir.

Xatırladaq ki, Myanmada müsəlmanlara qarşı soyqırım törədilməsi ilə bağlı 2012-ci ildən xəbərlər gəlməyə başlayıb. Orada buddistlərlə müsəlmanlar arasında münaqişə yaranmış və minlərlə müsəlman öldürülmüş, yüzlərlə insanın evi və iş yeri yandırılmışdı. O zaman İrlandiya Universitetinin insan haqqları mərkəzinin işçisi, soyqırım üzrə mütəxəssir professor William B. Schabas əraziyə gedərək qeydlərini aparıb və hesabat hazırlayıb.

BMT 2017-ci ildə 900-min müsəlmanın Arakandan qaçıb Banqladeşə sığındığını bəyan edib.