Rusiya idmançıları dörd illiyinə bütün beynəlxalq yarışlardan uzaqlaşdırılıb

Dekabrın 9-da Lozan şəhərində Beynəlxalq antidopinq agentliyinin (WADA) icraçı şurasının iclası keçirilib. İclasda Rusiya idmançılarından tez-tez gələn dopinq şikayətlərinə baxılıb. Beynəlxalq agentlik Moskva antidopinq labaratoriyasının idmançılardan aldığı qan nümunələrini manipulyasiya etdiyinə qərar verib.

İclasın nəticəsində Beynəlxalq antidopinq agentliyi Rusiyanı dörd illik ölkə bayrağı altında beynəlxalq idman yarışlarından – Olimpiya oyunlarında və dünya çempionatlarında iştirak etməkdən məhrum edib.

Agentliyin qərarına görə Rusiya həmçinin dörd illiyinə dünya çempionluğunda iştirak etmək və çempionluqları keçirmək üçün müraciət etmək kimi haqqlardan da məhrum edilir. Bundan əlavə WADA-nın icraçı şurası rus dövlət məmurlarının və Rusiya Olimpiya komitəsinin, həmçinin Rusiya Paralimpiya komitəsinin rəhbərlərinin beynəlxalq idman yarışlarına tamaşaçı kimi qatılmasını da qadağan edib.

Rusiya antidopinq agentliyi (RUSADA) isə dopinq maxinasiyalarında adı hallanmamış rus idmançılarının neytral ölkə bayraqları altında yarışlarda iştirak edə biləcəklərini bəyan edib.