Smartfonların cəmi iki il ömrü qalıb: onlardan sonra bizi tam yeni texnologiya gözləyir

Mobil telefonlar üçün prosessorlar və modemlər istehsal edən ‘Qualcomm’ şirkətinin prezidenti Kristiano Amon deyib ki, vərdiş etdiyimiz smartfonlar artıq iki ildən sonra dövriyyədən çıxmağa başlayacaq.

Bu barədə ‘Business Insider’ nəşrində məqalədə çap olunub. K.Amonun sözlərinə görə, yeni ortaya çıxacaq 5G texnologiyası telefonları aktuallıqdan salacaq, onların yerini yeni universal cihazlar alacaq.

‘Qualcomm’un prezidenti deyib ki, bu gün Facebook, Apple, Micosoft və Amazon artıq virtual reallıq cihazlarına yatırımlar edir.

“Yaxın iki ildə tədricən öləcək mobil telefonların yerini 5G kommersiya şəbəkəsinə qoşulacaq yeni virtual eynəklər əvəz edəcək. Bu eynəklər filmlərdəki kimi iri dəbilqələr formasında deyil, hamımızın istifadə etdiyi sadəcə eynəklər formasında olacaq”.

Kristiano Amon bildirib ki, yeni cihazlar telefonları əvəz etməyəcək, ancaq insanların tamamilə yeni tip elektron cihazları olacaq. Onun sözlərinə görə, bu, adi eynəklərin təkamülü nəticəsində yaradılacaq.

Amon əmin edir ki, artıq iki ildən sonra satışda yeni növ smart-eynəklər ortaya çıxacaq.

”Bu eynəklər gündəlik istifadə üçün əlverişli olacaq və insanların ünsiyyəti üçün mühüm rol olacaq. İnsanlar belə eynəklərlə internetə girə, sosial şəbəkələrdən istifadə edə biləcəklər”.

Amon deyib ki, bir sözlə smart-eynəklər telefonları əvəz edəcək.

“Bu gələcəyin qadjetidir. O insanların sosial təcrübəsini dəyişdirəcək. Belə texnologiyanın nümunələri artıq var” – deyə ‘Qualcomm‘ şirkətinin prezidenti bildirib.