Əli Kərimli 14 ildir xarici pasport ala bilmədiyi üçün DİN-i məhkəməyə verir

AXCP sədri Əli Kərimli 14 il ərzində ona xarici pasport verməkdən imtina etdiyinə görə DİN-i məhkəməyə verib. İşə Bakı İnzibati Məhkəməsində baxılacaq.

Ə.Kərimli cavabdeh kimi DİN Pasport, Qeydiyyat və Miqrasiya İdarəsini,  həmçinin üçüncü şəxs kimi Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu cəlb edib.

2006-cı ildən Ə.Kərimlyə pasport vermirlər və bəhanə gətirirlər ki, 1994-cü ildə ona qarşı cinayət işi açılıb və indiyədək bağlanmayıb. Halbuki, bundan sonra iki dəfə parlamentin deputatı seçilib, dəfələrlə xarici pasport alıb, o cümlədən 2 dəfə diplomatik pasport alıb.

2015-ci ildə AİHM Ə.Kərimliyə qarşı Avropa Konvensiyasının 2-ci protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı) pozulduğunu tanıyıb, hökumət isə Strasburq Məhkəməsinin Böyük Palatasına apellyasiya verməyib.

Ə.Kərimli İnzibati Məhkəmədən DİN-in ona pasport verməsi barədə qərar çıxarmasını xahiş edir. İşə hakim Elvin Əliyev baxacaq.