Çinli həkimlər koronavirusun insanlara yarasalardan keçmə ehtimalı üzərində dayanırlar

Çin alimləri bu ölkənin Vuhan əyalətində yayılmış koronavirusun Sars virusu ilə bənzər olduğunu aşkarlayaraq, onun yarasalardan insanlara keçə biləcəyini iddia edirlər.

Çin alimləri koronovirusların eynilə Sars viruslarında olduğu kimi meyvə yarasalarında ortaya çıxdığını bildirir. Virusun vəhşi heyvanlarla əlaqədar olması ehtimalını keçən həftə Çinin “Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzinin” direktoru Qao Fu elan edib.

Qao deyir ki, ölkədə 500-dən çox insana yoluxan və indiyə qədər 17 nəfərin həyatına son qoyan koronavirus Vuhandakı balıq bazarında satılan vəhşi heyvanlardan insanlara keçib. Qao yeni virus növünü təhlükəli edən cəhətlərinin sürətlə yeni şəraitlərə adapdasiya olabilmə və sürətli mutasiya keçirmə qabiliyyəti olduğunu bildirib.

2002-2003-cü illərdə Çində yayılmış Sars virusunda daha zəif olan koronavirusun Sars virusu qədər təhlükəli olduğu da deyilir. Araşdırmada həmçinin virusun yarasalardan insanlara keçə bilmə ehtimalının üzərində də durulur. Tədqiqatçılar düşünür ki, virus yarasalarla insanların ortaq şəkildə mövcud olduğu yerlərdən düşür.