Deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərin 257-si namizədliyini geri götürüb

Mərkəzi Seçki Komissiyası

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Bu haqda Mərkəzi Seçki Komissiyası (MSK) öz saytında məlumat yayıb. Məlumata görə deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 257 nəfəri deputatlığa namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədliyin sayı 1380 nəfərdir.