Müsavatçı namizədə dəstək verən Bərdə sakinlərinin çəpərini yandırdılar – [video]

Dadaş Əhmədli

94 saylı Bərdə seçki dairəsindən deputatlığa namizəd, Müsavat Partiyasının nümayəndəsi Dadaş Əhmədli bildirib ki, onun xeyrinə təşviqat aparan yerli sakinlərə təzyiq edilir.

O bildirib ki, Ləmbəran kəndində onun xeyrinə təşviqat aparan beş yerli sakinin çəpərləri yandırılıb.

Namizəd güman edir ki, bunu yerli icra strukturlarının nümayəndələri ediblər.

Çəpərin ümumi uzunluğu 600 metrdir.

“Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, prokurorluğa, Dairə Seçki Komissiyasına və MSK-ya şikayət edəcəyik. Bu mənə təzyiqdir, seçicilərə qarşı cinayətdir”, – D.Əhmədli Turan-a bildirib.

Qeyd edək ki, hakimiyyət bu dairədə Zahid Orucun namizədliyini müdafiə edir.

Dadaş Əhmədli: "Bu seçki deyil vəhşilikdir"

Bərdədə müsavatçı namizəd Dadaş Əhmədlinin təbliğatını aparan yerli sakinlərin çəpərini yandırıblar.

Publicerat av Basta Torsdag 30 januari 2020