Tramp Fələstin dövlətinin qurulması üçün 80 səhifəlik planını bəyan edib

ABŞ prezidenti Donald Tramp bu gün Ağ Evdə çıxışı zamanı Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı sülh planını açıqlayıb. O planını İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra açıqlayıb və deyib ki, 80 səhifəlik planı fələstinlilər üçün sonuncu fürsətdir.

O Yerusəlimin İsrailin “bölünməz” paytaxtı kimi qalacağını, ancaq şəhərin şərq tərəfində Fələstinin özünə paytaxt yarada biləcəyini bildirib.

Trapmın planına görə həmçinin Fələstin öz ərazisini iki dəfədən çox artıra da biləcək. Ancaq o Fələstinin hansı torpaqların hesabına böyüyəcəyini deməyib.

Tramp həmçinin sülh razılaşması baş tutarsa Fələstin dövlətinin qurulmasına 50 milyard dollara qədər yardım ediləcəyini də bildirib.