Türkiyənin Elazığ vilayətinə baş vermiş zəlzələdə 39 nəfər həyatını itirib

Türkiyənin Elazığ rayonunun Sivircə nahiyyəsində yanvarın 24-də baş vermiş 6,8 bal gücündə baş vermiş zəlzələdə ölənlərin sayı 39-a yüksəlib. Reanimasiyada müalicə olunanların sayı ilə 13 nəfərdir. Ümumilikdə zəlzələdə 104 nəfər yaralanıb. Dağıntılar altında hələ xilas olunmağı gözləyən 3 nəfər var.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində deyib ki, “İndiyə qədər 45 nəfər dağıntılar altından xilas olunub. Vətəndaşlarımızın başına gələn bu faciənin nəticələrini aradan qaldırmaq üçün hər cür addımı atırıq. Dövlətimiz vətəndaşların yanındadır. Türkiyə bu böyük fəlakətin yaralarını birlikdə sarımağa başlayır”

Türkiyənin Fövqəladə Hallar Nazirliyi olan AFAD məlumatında Elazığın Sivircə nahiyyəsində baş vermiş zəlzələdə ümumilikdə 9 min 545 çadırın qurulduğunu ehtiyac duyulan qida və gündəlik istifadə məhsullarının çatdırıldığını bildirib.

Nazirlik həmçinin zəlzələdən 76 binanın tamailə dağıldığını, 642-sinin isə qəzalı vəziyyətə düşdüyünü, 425-nin zədələr aldığını bəyan edib.