Ulduz amerikan basketbolçusu qızı ilə bərabər düşdüyü helikopter qəzasında ölüb

Kobe Briyant qızı ilə birlikdə.

Amerika Basketbol Liqası olan NBA-nın ulduz oyunçusu Kobe Briyant və 13 yaşlı qızı Qianna Mariya helikopter qəzasında həyatını itirib.

Los-Angelesin Lakers komandasının keçmiş ulduzu olan oyunçunun şəxsi helikopterində ümumilikdə doqquz adam olub və hamısı Briyantla birlikdə ölüb.

Qəza dünən səhər 10 radələrində saatlarında Los-Angelesdəki Kalabasas şəhərində baş verib.

NBA-nın ən böyük ulduzlarından biri hesab olunan 41 yaşlı Briyant 18 dəfə All-Star forması geyinib. O 20 il ərzində Lakers komandasının şərəfini qoruyub və bu komandada olduğu müddətdə beş dəfə komanda çempiyonluq sevinci yaşayıb.