Dünyada hər altı uşaqdan biri müharibə bölgəsində yaşayır

“Save The Children” beynəlxalq təşkilatının bu günlərdə yaydığı bəyanata görə dünyada hər altı uşaqdan biri müharibə bölgəsində yaşayır. 2018-ci ildə müharibədən ölən yaxud yaralanan uşaqların isə sayı 12 min 125-dir.

Təşkilatın bəyanatında həmçinin qeyd edilir ki, 2018-ci ildə dünya boyu ümumilikdə 415 milyon uşaq müharibə bölgələrində yaşayır və müharibədən əziyyət çəkir. Təşkilatın 2017-ci yaydığı bəyanatda isə qeyd edilirdi ki, dünyada 420 milyon uşaq, yəni hər 5 uşaqdan biri müharibədən əziyyət çəkir.

Bəyanatda 2018-ci ildə dünyada uşaqlar üçün ən təhlükəli 10 ölkə Əfqanıstan, Konqo, İqar, Yəmən, Mali, Nigeriya, Somali, Cənubi Sudan, Suriya v Orta Afrika Respublikası göstərilir. Təşkilat dünyada hər dörd uşaqdan birinin böhran bölgələrində yaşadığını qeyd edir.