Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb

Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Bu barədə ölkənin səhiyyə naziri Yekaterina Tikaradze bildirib. Onun sözlərinə görə, xəstəliyin aşkarlandığı 50 yaşlı şəxs fevralın 25-də İrandan Azərbaycana, buradan isə Gürcüstana keçib. Şəxsin Gürcüstan vətəndaşı olduğu bildirilir.

O, Tbilisidə xəstəxanaya yerləşdirilib.