Keçmiş nazir Yavər Camalovun oğlunun deputatlığa namizədliyi ləğv olunub

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalovun namizədliyi ləğv olunub.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının iclasında məsələ müzakirə edilib.

Bildirilib ki, R.Camalovun ikili vətəndaşlığı olduğu üçün namizədliyi ləğv olunub. O, həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır.

Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin R.Camalovun namizədliyinin qeydə alınması ilə bağlı qərarı ləğv olunub.

Qeyd edək ki, R.Camalov keçmiş Müdafiə sənayesi naziri, mərhum Yavər Camalovun oğludur.