Məhkəmə jurnalistin şərti cəzasını üç ay azaldıb

Bloklanmı criminal.iaz saytının redaltoru Anar Məmmədov.

Dünən Azərbaycan Ali Məhkəməsində Criminal.az saytının redaktoru Anar Məmmədovun kassasiya şikayətinə baxılıb.

Jurnalist 2019-cu ilin martında dövlət əleyhinə çağırışlar, vəzifə səlahiyyətini aşma və vəzifə saxtakarlığı ittihamları ilə 2 il sınaq müddəti olmaqla 5,5 il müddətinə həbs edilmişdi. Buna 2018-ci ilin iyulunda Gəncənin keçmiş meri Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı materialların yayılması səbəb olub.

Bir sıra beynəlxalq jurnalist təşkilatları, həmçinin ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir Məmmədovla bağlı hökmü pisləyib.

Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ali Məhkəmədə məhkəmə iclası zamanı jurnalist guya məqaləni oxuyub şoka düşən üç qadının ifadəsi əsasında saxta ittihamlarla mühakimə olunduğunu bildirərək  bəraət verilməsini istəyib. A.Məmmədov qeyd edib ki, birinci instansiya məhkəməsində şikayətçilər onları “şoka salan” yazıların məzmunu barədə suala cavab verə bilməyiblər.

Lakin Ali Məhkəmə ittihamlardan birini – vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda (maddə 309.2)-  309.1-ci maddəyə (vəzifə səlahiyyətini aşma) tövsif etməklə kifayətlənib və sınaq müddətini cəmi üç ay endirib.

A.Məmmədov Ali Məhkəmənin qərarı ilə razılaşmayıb və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir