Britaniyanın koronavirus dövlət siyasəti elmi səslənə bilər, amma elə deyil

Britain's Prime Minister Boris Johnson addresses a news conference to give a daily update on the government's response to the novel coronavirus COVID-19 outbreak, inside 10 Downing Street in London on March 19, 2020. (Photo by Leon Neal / POOL / Getty Images) (Photo by LEON NEAL/POOL/AFP via Getty Images)

Dominik Camminqs mürəkkəbliklərlə bağlı nəzəri düşünə bilər, amma o bunu səhv anlayıb.

Yanvarın 25-də tətbiqi sistemlər üzrə alim Joe Normanla birlikdə, koronavirusa münasibətdə ehtiyyatlı olmağa çağıran akademik münasibətimizi ilk dəfə bildirəndə virusun dünyada 2000-dən az insana yoluxduğu və 60-dan az adamın öldüyü açıqlanmışdı. Bu say o qədər yüksək olmamalı idi.

Bu yazı yazılan vaxt rəqəmlər müvafiq olaraq 351.000 və 15.000-dir. Apardığımız tədqiqat çox sayda elementləri olan və dəyişkənlik göstərən heç bir mürəkkəb modeldən istifadə etməyib. Belə ki, qar uçqunu üzərimizə doğru gələndə yoldan qaçmalı olduğumuz qərarını mürəkkəb modellərə əsaslanaraq vermirik.

Biz ehtiyat tədbirinin tətbiqinin faydalı olacağını bildiyimiz sahədə onun sadə bir şəkildə həyata keçirilməsinə çağırış etdik: bir-biri ilə əlaqəli kompleks sistemlərin bəzi elə xüsusiyyətləri var ki, o bəzi şeylərin nəzarətdən çıxmasına və nəticədə ekstremal vəziyyətlərə gətirib çıxardır. Vaxtında hərəkətliliyi məhdudlaşdırma kimi az baha başa gələcək sağlam addımlar atılmalı idi. Dərhal. Bundan başqa, biz virusa hazırlıqlı olmaq üçün testlər, xəstəxana imkanlarını genişləndirmək, xəstələrin müalicəsi üçün vasitələrə tez bir zamanda invesitisiya ayrılması məsələsini qabartdıq. Bilirsiz, hər ehtimala qarşı bunları dilimizə gətirdik. Çünki qəzalar olur.

Böyük Britaniya iki müstəvidə səhv etdi: Modelləşdirmə və dövlət siyasəti

Birincisi, modelləşdirmə ilə bağlı hökumət bütün mərhələlərdə əvvəlcədən seçilmiş tədbirlər toplusunun təxminən nə ilə nəticələyinə əsaslanan epidemioloji modellərə etibar etdi. Əslində isə hökümət biz nəyi necə etməliyik ki, arzuladığımız olsun düşüncəsi ilə hərəkət etməli idi.

Modelçilər öz fərziyyə-gümanlarını modellərə tətbiq edir və ondan sonra əldə etdikləri nəticələr əsasında tövsiyələrini verirlər. Əksərən, onlar səhv etmək faizlərini paylaşmırlar. Bu fərziyyələr səhvdirsə, nə etmək olar? Sınanıbmı? Cavab çox vaxt ‘Yox’ olur. Akademik yazılar üçün bu keçərlidir. Qüsurlu nəzəriyyələr müzakirəyə səbəb ola bilər. Ancaq risklərin idarə olunması – müdriklik kimi – modellərdən etibarlılıq tələb edir.

Lakin pandemiyaya qarşı mübarizə planlarımızı qüsurlu akademik modellər üzərində quranda, insanlar ölürlər. Və öləcəklər.

Bu, fəlakətli “kollektiv immunitet” tezisi ilə bağlı idi. Kollektiv imunitetinin arxasındakı fikir bu idi ki, əgər kifayət qədər insan xəstələnib immunitetə sahib olsa, xəstəlik dayanacaq. Epidemioloji modelçilər bizə deyirdilər ki, əgər kritik sayda gənc insan immunitet qazansa, o vaxt əhalinin zəif hissəsi (qocalar və xəstələr) qoruna biləcək. Əlbəttə ki, bu fikir “sadəcə heç nə etmə” yanaşmasının əlbisə geyindirilmiş versiyasından başqa bir şey deyildi.

Dünyanın müxtəlif yerlərindən insanlar və elm adamları bu yanaşmadakı aşkar çatışmazlıqları dərhal qeyd etdilər: yalnız gənclərin yoluxmasını təmin etməyin heç bir etibarlı yolu yoxdur. Bunu etmək üçün əhalinin 60-70%-i yoluxmalı və sağalmalıdır ki, kollektiv immunitetdən faydalanasız, amma di gəl ki, nə Böyük Britaniyada, nə də bir başqa yerdə bu sayda gənc və sağlam insan yoxdur. Üstəlik, bir çox gənc xəstəliyi ağır keçirdir, səhiyyə sistemlərini çox yükləyir və heç də az sayılmayacaq qədəri də ölür. Bu sizin üçün ödənişsiz gəzinti deyil.

Bura bəzi hallarda şübhələnildiyi kimi, xəstəliyin təkrarlanma ehtimalı da daxil deyil. İmmun toxunulmazlığı, hətta bu virusa qarşı etibarlı olmaya bilər.

Ən pisi, xəstəxanada qalma müddətinin düşündüklərindən daha uzun ola biləcəyini və ya xəstəxana çarpayılarının çatışmazlığına gətirib çıxaracağını nəzərə almırlar.

İkincisi və daha ciddisi dövlət siyasəti ilə bağlıdır. Belə görünür ki, “elmiliyə” – elmin kosmetik xüsusiyyətlərinə sahib olan, amma heç bir ciddiyəti olmayan –  vurulublar.

Bu, Böyük Britaniya vətəndaşları ilə təcrübə aparan və ya universitet divarlarından kənarda heç bir işləkliyi olmayan davranış iqtisadiyyatı metodlarını tətbiq edən qrupda özünü göstərir – hələ bir vətəndaşlara paternalistik yanaşaraq, onların əcdadlarının müdrikliyini və riski anlama bacarıqlarını təhqir də edirlər. Sosial elm “oxşarlıq böhranı” yaşayır. Belə ki, dəqiq eyni şərtlər daxilində əldə edilən nəticələrin yarısından da azı oxşar olur, onun onda birindən çoxu ciddi qəbul edilə bilər və yüzdən az hissəsi real dünyaya uyğun gələr.

Beləliklə, “dəlillərə əsaslanan” metodlar qorxulu hesabalamalara və demək olar sübutsuzluğa əsaslanır. Bu elmilik Boris Consonun baş məsləhətçisi Dominik Kamminqsin səhv tətbiq etdiyi mürəkkəblik və mürəkkəb sistemlərə (bizim ixtisasımıza) olan sevgisində də özünü göstərir. Və əhalinin bir qrupunun iqtisadiyyat uğrunda ölməsinə icazə vermək fikri saxta dixotomiya olmasından əlavə, etik də deyil.

Dediyimiz kimi, ölçüsüz qeyri-müəyyənliklə qarşılaşdıqda həm idarəetmə, həm də ehtiyat tədbirləri bizdən ən pis nəticəni gözləməyi tələb edir. Risk etmə şəxslərə aid bir iş olsa da, kollektiv təhlükəsizlik və sistemik risk almaq dövlətin işidir. Vətəndaşların həyatı ilə qumar oynayaraq ehtiyatsızlıq etmək, akademik səhvləri kölgədə qoyan peşəkarlıq xətasıdır; idarə etikasının pozulmasıdır.

İndi aparılmalı olan dövlət siyasəti kilidləmə (lockdown), intensiv aktiv testlər etmək və virusla əlaqədə olanları izləməkdir: minlərlə yanlışlığa açıq olan komputer kodlarına güvənmək yox, Çin və Cənubi Koreyanın etdiklərini izləmək lazımdır. Beləliklə, biz çoxalma təhlükəsi yüksək olan bir hadisə qarşısında həftələrlə vaxtımızı boşa xərclədik.

Yazının müəllifləri New York Universitetinin Tandon Mühəndislik Məktəbində risk mühəndisliyi üzrə tanınmış professoru və Qara Qu Quşu kitabının müəllifi Nassim Nikolas Taleb və Yeni İngiltərə Kompleks Sistem İnstitutunun prezidenti Yaneer Bar-Yamdır.

Mənbə: Guardian

Tərcümə: Abzas