‘Seçki fəalı’ Fuad İsmayılova 2 ay həbs cəzası verilib

Fevralın 21-də MSK-nın qarşısında divara “Fu Məzi” yazan fəal Fuad İsmayılovun narkotik ittihamı həbs edildiyi bildirilir. 

Bu barədə hüquqşünas Fikrət Cəfərli məlumat yayıb. Onun sözlərinə görə, Fuad İsmayılov Suraxanı rayonu 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və ona İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə iki ay həbs verilib.

Bildirilir ki, inzibati cəza alan fəal Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib.

Fuad İsmayılov 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səs hüquqlu komissiya üzvü olub.

Fuad İsmayılovun atası isə bildirib ki, fəal ötən gün evdən çıxıb və harada saxlanıldığı bəlli olmayıb. Bundan sonra ailəsi DİN-nin 102 xidmətinə məlumat verib.

Fuad İsmayılov fevralın 21-də MSK-nın qarşısında divara “Fu Məzi” yazdığına görə saxlanılmışdı.

Fikrət Cəfərli deyir ki, Fuad İsmayılovun saxlanılması onun seçkidəki fəaliyyəti və son günlər sosial şəbəkələrdəki aktivliyi ilə bağlıdır.