ÜST: ‘Hazırda qlobal miqyasda 70 koronavirus peyvəndi üzərində iş gedir’

“Hazırda qlobal miqyasda 70 koronavirus peyvəndi üzərində iş gedir” – bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yayımladığı sənəddə deyilir.

‘Bloomberg’ agentliyinin xəbərinə görə, hazırda müxtəlif ölkələrdə inkişaf etdirilən 70 peydənddən üçü insanlar üzərində sınaqdan keçirilir.

“Klinik şəraitdə ən yaxşı nəticə göstərən Honkonq şirkəti ‘CanSino Biologics Inc’ və Pekin Biotexnologiya İnstitutu tərəfindən hazırlanmış, hazırda ikinci mərhələdə olan bir peyvənddir. Digər iki peyvənd ABŞ-ın ‘Moderna Inc’ şirkəti tərəfindən hazırlanan vaksinlərdir”.

ÜST-nin sənədində deyilir ki, peyvəndlərin hazırlanmasında görünməmiş sürətli irəliləmə var, çünki görünən odur ki, bu yoluxucu virusu məhdudlaşdırıcı saxlama tədbirlər vasitəsilə məğlub etmək ehtimalı azdır.

Dərman sənayesi ümid edir ki, əvvəllər peyvənd hazırlayıb bazara çıxarmaq üçün tələb olunan təxminən 10-15 illik vaxtı bir ilə salmağı bacaracaq.