ABŞ-ın hava hücumları zamanı Talibanın 5 döyüşçüsü ölüb

Amerika Birləşmiş Ştatları bazar ertəsi Əfqanıstanın mərkəzində həyata keçirdiyi hava hücumlafrı zamanı azı beş Taliban üsyançısının öldürüldüyünü bildirib.

Hərbi sözçü tvitter səhifəsində Vardak vilayətinin Nerx bölgəsində gecə saatlarındakı hava hücumunun ABŞ və Taliban arasındakı təxminən iyirmi illik müharibəni sona çatdırmaq məqsədi ilə fevral ayında əldə edilən razılaşmaya uyğun olaraq Əfqanıstan təhlükəsizlik qüvvələrini müdafiə etmək məqsədilə həyata keçirildiyini yazıb.

“Biz razılaşmanın pozulması və günahsız əfqanların öldürülməsi iddialarını rədd edirik” – deyə, polkovnik Sonni Leggett yazıb. O, bazar günü axşam Nerxdə Talibanın müqaviləni 3 uşağın ölümü ilə nəticələnən ABŞ-ın pilotsuz təyyarəsini vurarkən pozduğunu bildirib.

Taliban bu ayın əvvəlində ABŞ ordusunun fevralın 29-da əldə edilən müqaviləsini pozduğunu, hava hücumlarını döyüş bölgələri xaricində həyata keçirdiyini iddia edib.

ABŞ-Taliban razılaşması Amerika və NATO əsgərlərinin 2021-ci ilin mayına qədər Əfqanıstandan çıxmasını nəzərdə tutur. Bunun müqabilində üsyançılar xarici qüvvələrə qarşı hücumları dayandıracaqlarına, terrorizmə qarşı mübarizə aparacaqlarına və Əfqanıstan rəqibləri ilə daimi atəşkəs barədə danışıqlar aparacaqlarına söz verib.