ABŞ səfirliyi potensial terror və adam oğurluğu barədə xəbərdarlıq yayıb

Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi ABŞ vətəndaşlarına və əcnəbilərə qarşı Bakıda potensial terror hücumları və adam oğurluğu barədə xəbərdarlıq yayıb.

Abzas xəbər verir ki, bu barədə səfirlik məlumat verib. Açıqlamada deyilir ki, əldə edilən etibarlı məlumatlara görə potensial hücumlara ‘Marriott Absheron’ kimi otellər, eləcə də Bakının digər yerləri daxildir.

ABŞ vətəndaşlarına tövsiyyə olunur ki, amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə yüksək ehtiyatla davransınlar.

Səfirlik vətəndaşlarına çağırış edib ki, ehtiyatlı və ayıq-sayıq olsunlar, insanların, xüsusilə əcnəbilərin sıx olduğu yerlərdən uzaq qalsınlar, yeniliklərlə bağlı yerli medianı izləsinlər:

“Səfirlik təhlükəsizlik vəziyyətini nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduqda əlavə məlumat verəcəkdir”.

Əvvəlki məqaləErmənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı
Növbəti məqalədə‘İlk atəşkəsin imzalanması münaqişəni beynəlxalq birliyin gözündə təxirə salınması mümkün məsələyə çevirdi’