Aİ ali nümayəndəsi, vitse-prezident Jozep Borelin bəyanatı

Avropa İttifaqı Fransa prezidenti Emmanuel Makronun vasitəçiliyi və ATƏT-in Minsk Qrupunun koordinasiyası  ilə oktyabrın 18-dən Ermənistan və Azərbaycanın humanitar məqsədlər üçün atəşkəs elan etməsini alqışlayır. Bu barədə Aİ ali nümayəndəsi Jozep Borelin bəyanatında deyilir. 

“Ai pozuntuların davam etməsinə, Dağlıq Qarabağda və onun ətrafında gedən döyüşlər haqda məlumatların gəlməsinə təəssüf edir. Bu mülki əhalinin daha çox əziyyət çəkməsinə səbəb olur. Bu, dövlətlər və müvafiq cəmiyyətlər arasında münaqişəni qızışdırır və yaraların sağalmasını daha da çətinləşdirir. Dağlıq Qarabağın əhalisi artıq həddindən artıq əzab-əziyyət çəkib. Ümumiyyətlə, münaqişə böyük və mülki əhali arasında yolverilməz qurbanlara nəticələrə gətirib çıxarıb. Ai mənşəyindən asılı olmayaraq, bu cür hücumları qətiyyətlə pisləyir.

Mən indicə Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinə telefon edəərk onları atəşin dayandırılmasına və hər iki tərəfin buna ciddi riayət etməsinə çağırdım. Həmçinin qeyd etdim ki, dinc sakinlərə hücumlar dərhal dayandırılmalıdır”, – bəyanatda qeyd olunur.